Avstriyanın Vyana şəhərində EPRA-nın 46-cı Toplantısı keçirilmişdir.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov və Şura Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Fazil Novruzov 2017-cı il 11-13 oktyabr tarixlərində Avstriyanın Vyana şəhərində keçirilən Yayım Tənzimləyici Orqanlarının Avropa Platformasının (EPRA) 46-cı Toplantısında iştirak etmişdir. Toplantıda 46 Avropa dövlətindən 52 audiovizual yayım tənzimləyici təşkilatının nümayəndələri, həmçinin, Avropa Komissiyasının, ATƏT Media Azadlığı üzrə Bürosunun, Avropa Şurası Media Bölümünün, Avropa Audiovizual Rəsədxanasının nümayəndələri və ekspertləri iştirak etmişlər.
Toplantıda "Rəqəmli dövrdə xəbərlər – tənzimləyicilərin rolu üzərində vurğu. Fəaliyyətdə tərəfsizliyin, dəqiqliyin və ədalətliliyin həyata keçirilməsi", "Rəqəmli dağıntının hədəf və problemləri. Rəqəmli mühitdə azyaşlıların reklam maarifçiliyi" mövzularında plenar sessiyalar keçirilmişdir.
Toplantı zamanı, həmçinin, "Media maariflənməsi: Tənzimləyicilərin rolu üzərində vurğu", "Lisenziyalaşdırma və icazə prosedurları", "Vətəndaş və tənzimləyicilər arasında əlaqələrin dəyişməsi" mövzüları üzrə Avropa ekspertlərinin iştirakı ilə müzakirələr aparılmışdır.
EPRA-nın növbəti 47-ci Toplantısının 2018-ci ilin may ayında Lüksemburqda keçirilməsi barədə razılıq əldə edilmişdir.