MTRŞ-da Moldova Audiovizual Şurasının üzvləri ilə görüş keçirilmişdir.
19 oktyabr 2017-ci il tarixdə Milli Televiziya və Radio Şurasında Moldova Audiovizual Xidmətlərin Koordinasiya Şurasının üzvləri Artur Kozma və Kristina Duka ilə görüş keçirilmişdir.
Görüşdə Moldovanın Azərbaycandakı səfiri George Leuka və Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov da iştirak etmişdir. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov Moldova Audiovizual Xidmətlərin Koordinasiya Şurası ilə səmərəli əməkdaşlıq qurulduğunu vurğulamış, gələcəkdə daha sıx əməkdaşlığın həyata keçirilməsinin vacibliyini qeyd etmişdir. Moldovanın Azərbaycanda yeni təyin olunmuş səfiri George Leuka Azərbaycan və Moldova arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı sahəsində atılan addımları dəstəklədiklərini vurğulamışdır. Görüşdə teleradio yayımı sahəsində geniş fikri mübadiləsi aparılmışdır.
Görüşün sonunda Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası ilə Moldova Audiovizual Xidmətlərin Koordinasiya Şurası arasında əməkdaşlıq protokolu imzalanmışdır.