Azərbaycan Respublikası Audiovizual Şurası

Audiovizual Şura, Medianın İnkişafı Agentliyi və “AzərTac”ın nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmişlər

 

Dekabrın 12-də Audiovizual Şura, Medianın İnkişafı Agentliyi və AZƏRTAC-ın rəhbərlikləri və kollektivləri Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabana gələrək, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad etmiş, abidəsi önünə gül dəstələri düzmüşlər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə tər güllər düzülmüşdür.