Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.
14 noyabr 2017-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılmış və ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində 31-ci yayım kanalına 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək müsabiqə elan edilmişdir.
İclasda həmçinin "Global" MMC-nin (Dalğa TV) peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılmış və ona peyk yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilmişdir.