2025-ci ilin üçüncü rübü ərzində ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının janr bölgüsü açıqlanmışdır
Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2025-ci ilin üçüncü rübü (iyul, avqust və sentyabr ayları) ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanmışdır. Statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında son üç ay ərzində efirdə olmuş proqramların janr bölgüsü belə olmuşdur:
- 21,8 % - informasiya və analitik proqramlar
- 17,2 % - musiqi və əyləncəli proqramlar
- 15,9 % - idman proqramları
- 15,2 % - bədii filmlər və seriallar
- 10,0 % - reklam məzmunlu materiallar
- 8,1 % - mədəni-maarif janrında proqramlar
- 3,6 % - anonslar və elanlar
- 3,3 % - sənədli film və materiallar
- 2,3 % - sosial proqramlar
- 1,4 % - sosial çarxlar
- 1,2 % - uşaq proqramları və cizgi filmləri
Hər bir televiziya kanalının proqramlarının janr üzrə statistikası ilə əlavə olunmuş fotoslaydlarda tanış olmaq olar.