Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanmışdır
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən yeni media mühitində auditoriya yönümlü və hədəf kütlələrə hesablanmış məzmun istehsalı və yayımının təşviqi, maarifləndirici materialların rəqabətədavamlılığının artırılması, məzmun müxtəlifliyi və yaradıcılığının stimullaşdırılması, dövlət və cəmiyyət üçün prioritet istiqamətlər barədə məlumatların ictimaiyyətə səmərəli şəkildə çatdırılması məqsədilə 23 may 2025-ci ildə elan olunmuş dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanmışdır.
"AZTV", "Space TV", "ATV", "Xəzər TV", "ARB", "ARB 242" və "Real TV" televiziya kanalları proqram kateqoriyasında qalib olmuşlar. Sosial videoçarx kateqoriyasında isə "AZTV", "ATV" və "ARB 24" televiziya kanalları uğur qazanmışlar.