Milli Televiziya və Radio Şurası "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin baş direktoru vəzifəsinə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edir.
Milli Televiziya və Radio Şurası "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar olaraq bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edir.
Müsabiqədə iştiraka dair tələblər aşağıdakılardır:
- Namizəd Azərbaycan Respublikasının vətəndaşı olmalı;
- Namizəd ali təhsilli olmalıdır.
Əvvəllər ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, habelə məhkumluğu ödənilməmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə bilməzlər.
"İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin baş direktoru vəzifəsinə namizədlər aşağıdakı sənədləri 15 may 2018-ci il tarixdən 30 may 2018-ci il tarixədək Milli Televiziya və Radio Şurasına (Ünvan: Bakı şəhəri, Nizami küçəsi 145, Əlaqə: 012 598 36 59) təqdim etməlidirlər:
- Ərizə;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Əmək kitabçasının surəti;
- Tərcümeyi-hal;
- Kadrların şəxsi uçot vərəqi;
- Ali təhsil haqqında dövlət sənədi.
"İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin baş direktoru vəzifəsinə namizədlər müəyyənləşdirildikdən sonra "İctimai Televiziya və Radio Yayımı haqqanda" Azərbaycan Respublikası Qanunun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq seçkinin keçirilməsi üçün namizədlərin sənədləri "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin Yayım Şurasına təqdim ediləcək.