Azərbaycan Respublikası Audiovizual Şurası

Lüksemburqda EPRA-nın 47-ci Toplantısı keçirilmişdir.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov və Şura Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Fazil Novruzov 2018-ci il 23-26 may tarixlərində Lüksemburq Krallığının Lüksemburq şəhərində keçirilən Yayım Tənzimləyici Orqanlarının Avropa Platformasının (EPRA) 47-ci Toplantısında iştirak etmişdir. Toplantıda 47 Avropa dövlətindən 53 audiovizual yayım tənzimləyici təşkilatından, həmçinin, Avropa Komissiyasından, ATƏT Media Azadlığı üzrə Bürosundan, Avropa Şurası Media Bölümündən, Avropa Audiovizual Rəsədxanasından ümumən 160-a yaxın nümayəndə və ekspert iştirak etmişdir.

Toplantıda "Rəqəmli dövrdə İctimai xidmət və ictimai maraq məzmunu""Siyasi kommunikasiyalar və sosial medianın bu sahədə problemləri" mövzularında plenar sessiyalar keçirilmişdir. Toplantı zamanı, həmçinin, "Kommersiya kommunikasiları – dəyişikliklərin xəritəsi""Yayımda daha geniş müxtəliflik – gender məsələlərinə vurğu", "Konfidensiallıq üçün yeni problemlər" mövzüları üzrə Avropa ekspertlərinin iştirakı ilə müzakirələr aparılmışdır.

EPRA-nın növbəti 48-ci Toplantısının 2018-ci ilin oktyabr ayında Slovakiyanın paytaxtı Bratislavada keçirilməsi barədə razılıq əldə edilmişdir.