Məhkəmə Audiovizual Şuranın tərtib etdiyi protokol əsasında “ATV Plus” MMC-ni cərimə etdi
Audiovizual Şura tərəfindən aparılan monitoriqlər nəticəsində multipleks operatoru olan "ATV Plus" MMC-nin retranslyasiya paketində buna hüquq verən sənəd olmadan xarici televiziya kanalının retranslyasiya olunması faktı aşkarlanmış və 4 oktyabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq məhkəməyə göndərilmişdi. Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli qərarı ilə "ATV Plus" MMC qeyd olunan pozuntuya görə 5000 (beş min) manat cərimə olunmuşdur.