Cari ilin 3-cü rübü ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların janr üzrə statistikası açıqlanmışdır
Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2024-cü ilin üçüncü rübü ərzində (iyul, avqust və sentyabr aylarında) ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanmışdır.
Statistikaya əsasən, ümumi olaraq açıq ümumölkə yerüstü televiziya yayımında son üç ay ərzində efirdə olmuş proqramların 21,1%-ni informasiya və analitik proqramlar təşkil etmişdir. Sıralamada daha sonra idman proqramları (16,5%), reklam məzmunlu materiallar (ümumi 15,4%), bədii film və seriallar (ümumi 15,1%) yer tutur. Mədəni-maarif janrlı proqramların (maarifləndirici, publisistik, tarixi-mədəni və sairə materiallar) payı bütün kanallar üzrə ümumi olaraq 8,7% olmuşdur.
Hər bir televiziya kanalı üzrə statistika ilə əlavə olunmuş slaydlarda tanış olmaq olar.