Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil etmişdir
Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi və Bakı Dövlət Universiteti (BDU) arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq, 24 oktyabr 2024-cü il tarixində Şura BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün növbəti seminar təşkil etmişdir.
Tədbiri giriş sözü ilə açan BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova audiovizual media və onun tənzimləməsi məsələlərinin tələbələr tərəfindən maraqla qarşılandığını, belə görüşlərin davam etdirilməsinin vacibliyini vurğulamışdır.
Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev jurnalistikada yeni trendlər, ənənəvi və yeni media, vətəndaş jurnalistikası haqqında çıxış etmişdir.
Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı "Azərbaycanda audiovizual media və onun tənzimlənməsi" mövzusunda geniş təqdimat etmişdir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.