Balakişi Qasımov "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin baş direktoru seçilmişdir.
01 iyun 2018-ci il tarixdə Milli Televiziya və Radio Şurasının konfrans zalında "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin Yayım Şurasının iclası keçirilmişdir.
İclasda "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin baş direktoru vəzifəsinə seçki keçirilmişdir. "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin Yayım Şurası tərəfindən Qasımov Balakişi Ələkbər oğlu 4 il müddətinə "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin baş direktoru seçilmişdir.