Audiovizual Şura peyk yaymı həyata keçirən platforma yayımçısı lisenziyasının verilməsi üçün elan etdiyi müsabiqəyə yekun vurmuşdur
01 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilmiş, peyk yaymı həyata keçirən platforma yayımçısı lisenziyasının verilməsi üçün elan edilmiş müsabiqənin qalibi müəyyən olunmuşdur.
İlk olaraq müsabiqəyə sənəd təqdim etmiş ərizəçilərin sənədlərinin, texniki yayım imkanlarının, kadr və maliyyə-iqtisadi potensialının yoxlanılmasını həyata keçirmiş Müsabiqə Komissiyasının məruzəsi və rəyi dinlənilmişdir. Daha sonra Audiovizual Şuranın üzvləri iddiaçılar haqqında fikirlərini bildirmişlər.
İclasın sonunda müsabiqəyə sənədlərini təqdim etmiş 2 iddiaçı arasında daha üstün texniki, kadr və iqtisadi potensiala malik olan "CİBC Global" MMC (televiziya kanalının adı "AnewZ") qalib elan olunmuş və müsabiqə üzrə yekun qərar verilmişdir.