DOST Agentliyində əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində görüş keçirilmişdir
DOST Agentliyində əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində aidiyyəti qurumların məsul şəxsləri ilə görüş keçirilmişdir. Tədbirdə əlilliyi olan şəxslərin hüquqları sahəsində Dövlət Monitorinqi Komissiyasının üzvləri ilə yanaşı, qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak etmişdir. Audiovizual Şuranı görüşdə Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı təmsil etmişdir.
Tədbirdə "İnformasiya müyəssərliyi" mövzusunda müzakirələr keçirilmiş, televiziya proqramlarında işarət dilinin təmin edilməsi, əlilliyi olan şəxslərin informasiyaya əlçatanlığının artırılması və s. istiqamətlərdə fikir mübadiləsi aparılmışdır. Görüş iştirakçıları müzakirə olunan məsələlərlə bağlı öz rəy və təkliflərini səsləndirmişlər.