Azərbaycan Respublikası Audiovizual Şurası

Audiovizual Şurada ATƏT-in DTİHB-nun Seçki Müşahidə Missiyasının media analitiki Kira Kalinina ilə görüş keçirilmişdir

 

14 avqust 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının media analitiki Kira Kalinina ilə görüş keçirilmişdir. 

Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov qonağa Şuranın fəaliyyəti, "Media haqqında" Qanunun qəbul olunmasından sonra audiovizual medianın tənzimlənməsi sahəsində yeniliklər, lisenziyalaşdırma, televiziya və radio kanallarının monitorinqi barədə geniş məlumat vermişdir. 

Görüş zamanı 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı televiziya və radio yayımında seçkiqabağı təşviqatın aparılması, həmin prosesə məsul qurumlar, televiziya və radio yayımında təşviqat kampaniyasının monitorinq olunması və sairə məsələlərlə bağlı qonağı maraqlandıran suallara cavab verilmiş və digər məsələlərə dair müzakirələr aparılmışdır.