Azərbaycan Respublikası Audiovizual Şurası

Audiovizual Şura cari ilin 2-ci rübü ərzində ümumölkə yerüstü televiziya proqramlarının janr üzrə statistikasını açıqlamışdır

 

Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi, təhlili və kommunikasiya şöbəsi tərəfindən 2024-cü ilin 2-ci rübü ərzində (aprel, may və iyun aylarında) ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanmışdır.

Statistikaya əsasən, ümumi olaraq açıq ümumölkə yerüstü televiziya yayımında son 3 ay ərzində efirdə olmuş proqramların 24,1%-ni informasiya və analitik proqramlar təşkil etmişdir. Sıralamada daha sonra idman proqramları (16,4% ilə) və reklam məzmunlu materiallar (14,4% ilə) yer tutur. Mədəni-maarif janrlı proqramların (maarifləndirici, publisistik, tarixi-mədəni və sairə materiallar) payı bütün kanallar üzrə ümumi olaraq 9 % olmuşdur.

Yerüstü televiziya kanalları üzrə ümumi və hər bir kanal üzrə ayrılıqda statistika ilə əlavə olunmuş slaydlarda tanış olmaq olar.