Azərbaycan Respublikası Audiovizual Şurası

Rumıniyanın Buxarest şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin Yayım Tənzimləyici Orqanlarının Forumunun (BRAF) 9-cu Toplantısı keçirilmişdir.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov və Şura Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Fazil Novruzov 2018-ci il 3-5 oktyabr tarixlərində Rumıniyanın Buxarest şəhərində keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin Yayım Tənzimləyici Orqanlarının Forumunun (BRAF) 9-cu Toplantısında iştirak etmişdir.

Toplantı zamanı rəqəmli dövrdə internet vasitəsilə yayımlanan audiovizual məzmunun monitorinqi, BRAF ölkələrində son bir ildə audiovizual media sahəsində baş vermiş yeniliklər, BSEC tərəfindən irəli sürülən "Qızıl yun" (Golden Fleece) layihəsi – BSEC ölkələrinin vahid informasiya sisteminin  (ümumi televiziya kanalı) yaradılması məsələsi müzakirə olunmuşdur.