"Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə" adlı panel sessiya təşkil edilmişdir
3 may 2024-cü il tarixində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "İctimai proseslər media müstəvisində" mövzusunda keçirilən Forum çərçivəsində "Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə" adlı panel sessiya təşkil edilmişdir.
Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzovun moderatorluğu ilə keçən sessiyada narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizədə həyata keçirilən tədbirlər barədə məlumat verilmiş, bəşəriyyətin böyük bəlasına qarşı mübarizədə medianın üzərinə önəmli məsuliyyət düşdüyü qeyd edilmiş, aidiyyatı dövlət qurumları ilə media subyektləri arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsinin əhəmiyyəti vurğulanmışdır.
Panel sessiya media nümayəndələrinin sualları və mövzu üzrə müzakirələrlə davam etmişdir.