Audiovizual Şura 2024-cü ilin ilk rübü ərzində ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının janr üzrə statistikasını açıqlamışdır
Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2024-cü ilin birinci rübü ərzində (yanvar, fevral və mart aylarında) ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanmışdır.
Statistikaya əsasən, ümumi olaraq açıq ümumölkə yerüstü televiziya yayımında ilin ilk üç ayı ərzində efirdə olmuş proqramların 23,5%-ni informasiya və analitik proqramlar təşkil etmişdir. Sıralamada daha sonra idman proqramları (15,2%), musiqili və əyləncəli formatda proqramlar (13,9%) və reklam məzmunlu materiallar (12%) yer tutur. Mədəni-maarif janrlı proqramların (maarifləndirici, publisistik, tarixi-mədəni və sairə materiallar) payı bütün kanallar üzrə ümumi olaraq 9,4% olmuşdur.
Yerüstü televiziya kanalları üzrə ümumi və hər bir kanal üzrə ayrılıqda statistika ilə əlavə olunmuş slaydlarda tanış olmaq olar.