Audiovizual Şurada platforma yayımçıları ilə görüş keçirilmişdir
25 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasında platforma yayımçılarının fəaliyyətinin tənzimlənməsi ilə bağlı görüş keçirilmişdir. Görüşü giriş sözü ilə açan aparat rəhbəri Fazil Novruzov platforma yayımçılarına görüşün məqsədi haqqında məlumat vermiş, platforma yayımçılarının fəaliyyəti, hüquq və vəzifələri, həmçinin bu istiqamətdə Audiovizual Şuranın həyata keçirdiyi monitorinq və nəzarət tədbirlərinin cari vəziyyətini diqqətə çatdırmışdır.
Daha sonra Audiovizual Şuranın hüquq xidmətinin əməkdaşı Ayxan Sadıqlı "Media haqqında" və "Reklam haqqında" qanunlarda platforma yayımçılarının fəaliyyətinə aid ola biləcək müddəalar, habelə "Audiovizual proqramların sutka ərzində ən çox izlənilən və ya dinlənilən vaxtı (praym-taym)" haqqında təqdimatla çıxış etmişdir.
Görüşdə bəzi yayımçıların nümayəndələri fəaliyyət zamanı qarşılaşdıqları bir sıra məsələlər barədə məlumat vermişlər. Görüş platforma yayımçılarını maraqlandıran suallar və mövzu üzrə müzakirələrlə davam etmişdir.