Azərbaycan Respublikası Audiovizual Şurası

BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün növbəti seminar keçirilmişdir

 

Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi və Bakı Dövlət Universiteti arasında imzalanan Anlaşma Memorandumuna uyğun olaraq 18 aprel 2024-cü il tarixində Audiovizual Şura nümayəndələrinin BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə növbəti görüşü keçirilmişdir. 

Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu əvvəl keçirilən görüşlərin tələbələr tərəfindən maraqla qarşılandığını və media sahəsində daha çox məlumat əldə etməyin zəruriliyini vurğulamışdır. O, həmçinin, audiovizual media, media subyektləri, media subyektlərinə dair tələblər kimi məsələlərin da tələbələr üçün vacib mövzu olmasını diqqətə çatdırmışdır. Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov gələcək media nümayəndələri ilə görüşlərin keçirilməsinin əhəmiyyətini, medianın tədrisində nəzəri biliklər ilə təcrübənin vəhdətinin zəruriliyini, bu istiqamətdə belə seminarların vacibliyini qeyd etmişdir.

Ötən görüşdə yaranan sualları nəzərə alaraq Audiovizual Şura nümayəndələri seminarda "Azərbaycanda media subyektləri" mövzusunda təqdimatla çıxış etmişlər. Təqdimat zamanı tələbələrin sualları cavablandırılmış, sonda suallar əsasında media sahəsini əhatə edən bir çox məsələlər müzakirə edilmişdir.