Azərbaycan Respublikası Audiovizual Şurası

Audiovizual Şurada İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin nümayəndələri ilə görüş keçirilmişdir

 

05 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) nümayəndələri ilə görüş keçirilmişdir.

Görüşdə iki tənzimləyici qurum arasında gələcək əməkdaşlıq perspektivləri, telekommunikasiya sahəsində qanunvericilyin təkmilləşdirilməsi üzrə fəaliyyət, telekommunikasiya və audiovizual media subyektlərinin fəaliyyətinin tənzimlənməsi sahəsində, habelə audiovizual yayım üçün ayrılan radiotezliklərin istifadəyə ayrılması istiqamətində iki qurum arasında zəruri kommunikasiyanın qurulması kimi məsələlər müzakirə olunmuşdur.