Azərbaycan Respublikası Audiovizual Şurası

19 oktyabr 2018-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.

İclasda  teleradio yayımı sahəsində qanunverciliyin tələblərinə teleradio yayımçıları tərəfindən əməl edilib-edilməməsi müzakirə edilmişdir.

İclasda, həmçinin, “Caspium Group” MMC-nin xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət  üçün lisenziya alınması barədə müraciətinə baxılmış, “Caspium Group” MMC ilə "KREA İÇERİK HİZMETLERİ VE PRODÜKSİYON" A.Ş. ("DİGİTURK") arasında bağlanmış 03 avqust 2018-ci il tarixli Distribütörlük Müqaviləsinə əsasən "DİGİTÜRK"ə məxsus teleradio məhsullarının ("DİGİPAKET") satış hüququnun Azərbaycan ərazisində “Caspium Group” MMC-yə məxsus olduğu müəyyən edilmiş və ona xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət  üçün müddətsiz lisenziya verilmişdir. 

İclasda, həmçinin, “Roberts Cafe” MMC barəsində başlanılmış inzibati icraata dair işə baxılmış və ona xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün verilmiş lisenziyanın qüvvəsinə xitam verilmişdir.