Azərbaycan Respublikası Audiovizual Şurası

12-13 mart tarixlərində Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Azərbaycan Hökumətinin məruzəsi təqdim edilmişdir

 

Bir sıra dövlət orqanlarının rəsmi şəxslərindən ibarət olan nümayəndə heyəti BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin Cenevrə şəhərində keçirilən 30-cu sessiyasında iştirak etmişdir.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikası Audiovizual Şurasının aparat rəhbəri Fazil Novruzov da iştirak etmişdir.

Sessiyada Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya"sının icrasına dair Azərbaycan Hökumətinin dövri məruzəsini təqdim etmişdir. Daha sonra Əlilliyi olan şəxslərin hüquqları üzrə BMT Komitəsinin üzvləri tərəfindən verilən suallar da cavablandırılmışdır.

Audiovizual mediada əlilliyi olan şəxslərə aid məsələlərin işıqlandırılması ilə bağlı suallara cavab verən Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov Azərbaycanda televiziya yayımında son illər bu sahə ilə bağlı yenilikləri diqqətə çatdırmış, iki ümümölkə televiziya kanalında yayımlanan bəzi xəbər buraxılışlarının işarət dili tərcüməsinin müşayiəti ilə təqdim olunduğunu, bir çox televiziya kanallarının əsas xəbər buraxılışlarının qaçan sətir xəbərləri ilə müşayiət olunmasını, son 1 ildə Azərbaycan televiziya kanallarında əlilliyi olan şəxslərin problemlərinə həsr olunmuş 100-dən çox süjet, reportaj və ya proqramın yayımlandığını, bəzi televiziya kanallarında bu mövzuya həsr olunan və mütəmadi efirdə olan proqramların mövcudluğunu qeyd etmişdir.