Medianın İnkişafı Agentliyi, Audiovizual Şura, Dövlət Məşğulluq Agentliyi və Çoxtərəfli Əməkdaşlıq Memorandumunun tərəfi olan bir sıra media subyektlərinin insan resursları üzrə məsul nümayəndələrinin iştirakı ilə ilkin əlaqələndirmə görüşü keçirilmişdir
16 fevral 2024-cü il tarixində Medianın İnkişafı Agentliyi, Audiovizual Şura, Dövlət Məşğulluq Agentliyi və Çoxtərəfli Əməkdaşlıq Memorandumunun tərəfi olan bir sıra media subyektlərinin insan resursları üzrə məsul nümayəndələrinin iştirakı ilə müvafiq Memorandumun icra mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə ilkin əlaqələndirmə görüşü keçirilmişdir.
Görüşdə media subyektlərinin boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri barədə məlumatları vakansiya bankına daxil etmələri, il ərzində müəyyən edilən kvota üzrə media sahəsində gənclərin məşğulluğunun təmin edilməsi və işəgötürənlərə dəstək xidmətinin əhatə dairəsinin genişləndirilməsi, müvafiq sahədə əmək yarmarkalarının təşkili kimi məsələlər müzakirə olunmuş, onların icra mexanizmi və mərhələləri müəyyənləşdirilmiş, media subyektlərində insan resursları ilə bağlı əsas ehtiyaclar və kadr potensialının artırılmasına dair həyata keçirilən tədbirlər barədə qarşılıqlı fikir mübadiləsi aparılmışdır.