Audiovizual Şuranın sədri ATƏT-in DTİHB-nun Seçki Müşahidə Missiyasının media üzrə analitiki Yeqor Tilpunov ilə görüşmüşdür
18 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının nümayəndəsi, media üzrə analitiki Yeqor Tilpunov ilə görüşmüşdür.
Audiovizual Şuranın sədri "Media haqqında" Qanunun qəbul olunmasından sonra audiovizual medianın tənzimlənməsi sahəsində yeniliklər, yeni media subyektlərinin lisenziyalaşdırılması, internet televiziya və radio fəaliyyətinin sərbəst olması, yalnız müraciət əsasında həmin fəaliyyətin lisenziyalaşdırılması haqqında məlumat vermişdir. Daha sonra İsmət Səttarov televiziya və radio yayımında seçkiqabağı təşviqatın aparılması, həmin prosesə məsul qurumlar, televiziya və radio yayımında təşviqat kampaniyasının monitorinq olunması və sairə məsələlərlə bağlı qonağı maraqlandıran suallara cavab vermişdir.