Azərbaycan Respublikası Audiovizual Şurası

Audiovizual Şuranın sədri Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi ilə görüşmüşdür

 

19 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir Mixail Şvıdkoy ilə görüşmüşdür.

Görüş zamanı iki ölkə arasında mədəni-humanitar sahədə mövcud olan əlaqələr, iki ölkədə fəaliyyət göstərən audiovizual media subyektlərinin, o cümlədən, televiziya və radio kanallarının bir-biri ilə qarşılıqlı əməkdaşlığı, belə əməkdaşlığın genişləndirilməsi perspektivləri və digər sahəvi məsələlər müzakirə olunmuşdur.