Azərbaycan Respublikası Audiovizual Şurası

Teleradio yayımçılarının ədəbi dil normalarına riayət etməsi sahəsində 2018-ci ilin avqust-sentyabr aylarında aparılmış monitorinqlərin nəticələri açıqlanmışdır..

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, "Elektron Mediaya Yardım Fondu"nun "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması" layihəsi əsasında Milli Televiziya və Radio Şurası və Bakı Dövlət Universitetinin "Azərbaycan dilçiliyi" kafedrasının mütəxəssislərinin birgə konfransı keçirilmişdir.

Konfransda Milli Televiziya və Radio Şurası və Bakı Dövlət Universitetinin "Azərbaycan dilçiliyi" kafedrasının mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2018-ci ilin avqust-sentyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələri açıqlanmışdır.