Azərbaycan Respublikası Audiovizual Şurasının 24 noyabr 2023-cü il tarixli Qərarı № 46 / 23-18
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 35.3-cü maddəsini rəhbər tutaraq qərara alır:
- Ödənişli rəqəmsal yerüstü televiziya retranslyasiya xidməti həyata keçirmək üçün "Bakı Teleqüllə Kompleksi"ndən və "Fatmayı" radio-televiziya yayım stansiyasından multipleks operatoru olan "ATV Plus" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə ayrılmış 49-cu, 51-ci, 53-cü, 55-ci və 60-cı TV yayım kanalları 01 yanvar 2024-cü il tarixindən müvafiq olaraq 23-cü, 25-ci, 43-cü, 45-ci və 47-ci TV yayım kanallarına dəyişdirilsin.
- "ATV Plus" Məhdud Məsuliyyətli Cəmiyyəti ona ayrılmış yeni radiotezliklərin (TV yayım kanallarının) istifadəsi üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ilə, stansiyalardan yayımın həyata keçirilməsi xidməti üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ilə müvafiq müqavilələr bağlayıb bu barədə Şuraya məlumat versin.
- Şura aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsinlər.