Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan Respublikası Audiovizual Şurasının 21 noyabr 2023-cü il tarixli Qərarı № 45 / 23-17

 

Azərbaycan Respublikası Audiovizual Şurası lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildiyini nəzərə alaraq "Media haqqında" Azərbaycan Respublikası Qanununun 58.1.1-cu maddəsinin tələbini rəhbər tutaraq qərara alır:

  1. "Startelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinə universal platforma operatoru fəaliyyətini təmin etmək üçün Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli, UPO-022 qeydiyyat nömrəli lisenziya ləğv edilsin.
  2. Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsi bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.