“Regional Medianın İnkişafı” layihəsi çərçivəsində media nümayəndələri ilə növbəti görüş Gəncə şəhərində keçirilmişdir
Noyabrın 7-də Medianın İnkişafı Agentliyinin "Regional Medianın İnkişafı" layihəsi çərçivəsində müzakirələrin aparılması məqsədilə Gəncə şəhərində bölgədə fəaliyyət göstərən media subyektlərinin nümayəndələri və jurnalistlərlə görüş keçirilmişdir.
Azərbaycan Respublikası Audiovizual Şurası və Azərbaycan Mətbuat Şurasının da təmsil olunduğu görüşün məqsədi regional medianın inkişafının stimullaşdırılması və onun dayanıqlı inkişaf mexanizminin formalaşdırılması, bölgələrdə fəaliyyət göstərən media nümayəndələri üçün müzakirə platformasının yaradılması, müəyyən edilən istiqamətlər əsasında diskussiyaların təşkili və diaqnostik icmalın hazırlanması, habelə həssas istifadəçi qrupu hesab edilən region gəncləri üçün məlumatlılıq səviyyəsinin yüksəldilməsinə yönələn "Media savadlılığı" təliminin keçirilməsi olmuşdur.
Məlumatın və fotoların mənbəyi: Medianın İnkişafı Agentliyi