Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan Respublikası Audiovizual Şurasının sədri BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə görüşmüşdür

 

31 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi və Bakı Dövlət Universiteti arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq Şura sədrinin BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə görüşü olmuşdur.

"Televiziya: tarixi və auditoriya aspektindən baxış" mövsusuna həsr olunan görüşü giriş sözü ilə açan fakültənin dekanı Vüqar Zifəroğlu görüşün əhəmiyyətindən, tənzimləyici dövlət qurumu ilə jurnalistika ixtisası üzrə təhsil alan gənclərin sıx kommunikasiyasının zəruriliyindən danışmış, növbəti görüşlərin də olacağını bildirmişdir. 

Daha sonra Şura sədri İsmət Səttarov mövzu üzrə çıxış etmişdir. Çıxış zamanı Şura sədri televiziya yayımı ilə bağlı maraqlı detallara toxunmuş, televiziyanın yaranması, ilk reklamın yayımlanması, televiziya auditoriya ölçülməsi sistemi və onun televiziya yayımının inkişafındakı rolundan ətraflı məlumat vermişdir.

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılmış, mövzu üzrə fikir mübadiləsi aparılmışdır.