Azərbaycan Respublikası Audiovizual Şurası bəzi yayım operatorlarının lisenziyasını ləğv etmişdir
27 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilmişdir. İclasda xarici televiziya kanallarının retranslyasiya xidmətini həyata keçirmiş bir sıra yayım operatorlarının fəaliyyət göstərməmələri ilə bağlı lisenziyalarının ləğv edilməsi məqsədilə Şuraya müraciətləri müzakirə olunmuşdur.
İclasda Şura aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin qeyd olunan məsələ ilə bağlı və həmin operatorların monitorinqlərinə dair məruzəsi dinlənilmişdir. Müzakirələrdən sonra lisenziya sahiblərinin müraciətləri nəzərə alınaraq "Albax TV" MMC, "Real Telecom" MMC və "Şam" MMC-nin müvafiq lisenziyalarının ləğv olunması barədə qərarlar verilmişdir. Həmçinin, yayım fəaliyyətinin 6 aydan çox müddətdə həyata keçirilməməsi səbəbindən "RA Technologies" MMC-nin də lisenziyası ləğv olunmuşdur.