09 yanvar 2019-cu il tarixdə Milli Televiziya və Radio Şurasının iclası keçirilmişdir.
20 Yanvar faciəsinin 29-cu ildönümünə və 2018-ci ilin yekunlarına həsr olunmuş iclasda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İclasda çıxış edən Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmov bildirdi ki, 20 yanvar faciəsi ümumxalq hüzn günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mərdliyini bir daha sübut etdi. MTRŞ sədri bu hadisəyə ilk siyasi qiymətin 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini vurğuladı.
Sonra Şuranın 2018-ci il hesabatı dinlənildi və qənaətbəxş hesab olundu.