Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilmişdir

 

25 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilmişdir. İclasda Bakı Teleqüllə Kompleksindən 33-cü və 36-cı TV yayım kanallarının multipleks operatorlarının istifadəsinə verilməsi üçün elan edilmiş müsabiqəyə sənəd təqdim etmiş iddiaçıların təkliflərini araşdıran komissiyanın yekun rəyinə baxılmışdır.

İddiaçıların sənədlərini və təkliflərini, habelə iddiaçıların hazırda fəaliyyət göstərmələrini nəzərə alaraq onların xidmət spesifikliyini müzakirə edən Şura üzvləri "ATV Plus" MMC-nin təklifini daha məqbul hesab etmişlər.

Şuranın müvafiq qərarı ilə "ATV Plus" MMC (operatorun xidmət adı: "ATV Plus") müsabiqənin qalibi elan olunmuş və Bakı Teleqüllə Kompleksindən 33-cü və 36-cı TV yayım kanalları retranslyasiya xidməti göstərmək üçün onun istifadəsinə ayrılmışdır.

İstifadəsinə ayrılmış TV yayım kanalları ilə "ATV Plus" abunəçilərə daha keyfiyyətli (HD formatlı) və daha çox sayda xarici televiziya kanalının retranslyasiya xidmətini həyata keçirə biləcəkdir.