Azərbaycan Respublikası Audiovizual Şurasının 11 avqust 2023-cü il tarixli Qərarı № 32 / 23-11
Azərbaycan Respublikası Audiovizual Şurası lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildiyini nəzərə alaraq "Media haqqında" Azərbaycan Respublikası Qanununun 58.1.1-cu maddəsinin tələbini rəhbər tutaraq qərara alır:
- "İzone" Məhdud Məsuliyyətli Cəmiyyətinə universal platforma operatoru fəaliyyətini təmin etmək üçün Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli, UPO-017 qeydiyyat nömrəli lisenziya ləğv edilsin.
- Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsi bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.