Azərbaycan Respublikası Audiovizual Şurasının 11 avqust 2023-cü il tarixli Qərarı № 30 / 23-11
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 56.1.5.-ci, 56.1.6.-cı və 58.5-ci maddələrini rəhbər tutaraq qərara alır:
- "Konnekt" Qapalı Səhmdar Cəmiyyətinə verilmiş, televiziya redaksiyasının adı "CTVHD2", yayım janrı "film-kino" olan peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası televiziya redaksiyasının adı "CTV Kids", yayım janrı "uşaq proqramları" olan peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasına dəyişdirilsin.
- Şura Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsi bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.