Milli Televiziya və Radio Şurası ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün müsabiqə elan edir.
28 fevral 2019-cu il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda yeni xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılmış və ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində SD yayım üçün 48-ci kanal, HD yayım üçün 37-ci kanal) 11 mart 2019-cu il tarixdən 11 aprel 2019-cu il tarixədək müsabiqə elan edilmişdir.
İclasda, həmçinin, “MediaArt” MMC şirkətinin kabel şəbəkəsi yayımı üçün lisenziya alınmasına dair müraciətinə baxılmış və ona abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilmişdir.