Milli Mətbuat Günü münasibətilə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin Fəxri Xiyabanda olan məzarları ziyarət olunub
Milli mətbuatımızın 148 illiyi və 22 iyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi, Azərbaycan Mətbuat Şurası, Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC, digər çap və onlayn media orqanlarının nümayəndələri iyulun 20-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Azərbaycan milli mətbuatının banisi, "Əkinçi" qəzetinin naşiri və redaktoru, Azərbaycan milli məfkurəsinin əsaslarını yaradanlardan biri olan Həsən bəy Zərdabinin məzarı önünə əklil və tər güllər qoyulub, böyük mütəfəkkirin xatirəsi ehtiramla yad edilib.
Foto və video üçün keçid: https://video.azertag.az/site/video/181741