Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilmişdir.

 

14 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının bu il üçün 9-cu iclası keçirilmişdir.

İclasda universal platforma operatoru lisenziyasının alınması üçün "Azlink" MMC-dən Audiovizual Şuraya daxil olmuş müraciətə baxılmış, iddiaçının təqdim etdiyi sənədlər incələnmişdir. Müzakirələrdən sonra "Azlink" MMC-yə (xidmətin adı: "Azlink" olmaqla) universal platforma operatoru lisenziyasının verilməsi barədə müvafiq qərar qəbul olunmuşdur.