Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan Respublikası Audiovizual Şurasının və Medianın İnkişafı Agentliyinin kollektivləri Fəxri Xiyabanı ziyarət etmişdir.

 

10 may tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının və Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin kollektivləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı Fəxri Xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad etmiş, abidəsi önünə gül dəstələri düzmüşlər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə tər güllər düzülmüşdür.