İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında
"Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun I hissəsinin 5-ci bəndinə və "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 17.2–17.4-cü və 17.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsinlər:
- Həsən Şahhüseyn oğlu Cəfərov – namizədliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən irəli sürülmüşdür;
- Teymur Həşim oğlu Kərimli – namizədliyi Azərbaycan Milli Elmlər akademiyası tərəfindən irəli sürülmüşdür;
- Azər Hacıqulu oğlu Həsrət – namizədliyi Azərbaycan Mətbuat Şurası tərəfindən irəli sürülmüşdür.
Sahibə Qafarova
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
Bakı şəhəri, 02 may 2023-cü il
№ 863-VIQR