Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan Respublikası Audiovizual Şurasının 10 aprel 2023-cü il tarixli Qərarı № 12/23-03

 

Azərbaycan Respublikası Audiovizual Şurası lisenziya alındıqdan sonra altı ay müddətində yayım həyata keçirilmədiyini nəzərə alaraq "Media haqqında" Azərbaycan Respublikası Qanununun 58.1.9-cu maddəsinin tələbini rəhbər tutaraq qərara alır:

  1. "Media Art" şirkətinə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı və əlavə informasiya yayımının həyata keçirilməsini təmin edən fəaliyyət üçün Milli Televiziya və Radio Şurası tərəfindən verilmiş 28 fevral 2019-cu il tarixli, 196 qeydiyyat nömrəli lisenziya ləğv edilsin. 
  2. Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsi bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.