Bakıda Türk Şurasının İnformasiya və Media nazirlərinin 2-ci Toplantısı keçirilmişdir.
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının təşkilatçılığı ilə keçirilən toplantıda Türk Şurası Katibliyinin rəhbərliyi, üzv dövlətlərin - Azərbaycanın, Türkiyənin, Qazaxıstanın və Qırğızıstanın İnformasiya və Media üzrə yüksək vəzifəli rəsmiləri, milli ictimai televiziya kanallarının, rəsmi informasiya agentliklərinin məsul şəxsləri iştirak etmişlər.
Toplantıda Türk Şurasının üzv dövlətləri arasında media və informasiya sahəsində əməkdaşlığın inkişafı, türk xalqlarının tarixi və mədəniyyəti barədə birgə video materialların, sənədli filmlərin və cizgi filmlərinin hazırlanması, milli ictimai televiziya kanallarının nümayəndələrindən ibarət əlaqələndirici qrupun yaradılması, rəsmi informasiya agentliklərinin internet səhifələrində Türk Dünyası bloqunun yaradılmasını təmin etmək üçün əlaqələndirici qrupun təyin olunması, Beynəlxalq Türkdilli Xəbər Kanalının təsis edilməsi, beynəlxalq media forumlarında Türk Şurasının iştirakı, media ekspertləri üçün proqram mübadiləsi və təlim kurslarının təşkili və sairə məsələlər müzakirə edilmişdir.
Toplantının sonunda üzv dövlətlərin İctimai Televiziya kanalları arasında Çoxtərəfli Texniki Əməkdaşlıq Protokolu imzalanmışdır.