Azərbaycan Respublikası Audiovizual Şurası ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşları üçün seminar keçirilmişdir.
24 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Azərbaycan Respublikası Audiovizual Şurası və Dövlət Xidməti arasında imzalanmış Birgə Tədbirlər Planına uyğun olaraq hər iki qurumun mütəxəssisləri üçün seminar təşkil olunmuşdur.
Seminarda hər iki dövlət orqanından olan mütəxəssislərin audiovizual media subyektləri, audiovizual mediada reklam və sponsorluğun xüsusiyyətləri, 2022-ci ildən qüvvəyə minmiş "Media haqqında" Qanunun tələbləri, "Reklam haqqında" Qanuna Şura tərəfindən təklif olunan əlavə və dəyişikliklər, haqsız, qeyri-dəqiq və gizli reklam haqqında qanunvericiliyin tələbləri, Dövlət Xidmətinin reklam fəaliyyətində nəzarət istiqamətləri kimi mövzularda çıxışları dinlənilmiş, təqdimatlar edilmişdir.
2022-ci ilin 4 noyabr tarixində imzalanmış Birgə Tədbirlər Planına uyğun olaraq 2023-cü il ərzində hər iki dövlət orqanı audiovizual mediada reklam sahəsində qanunvericiliyə riayət olunmasının təmin edilməsi məqsədilə birgə monitorinqlər, qarşılıqlı məlumatlandırma tədbirləri, rəqabət və reklam qanunvericiliyinin pozulması ilə bağlı daxil olmuş müraciətlərin birgə araşdırılmasını həyata keçirəcəkdir.
Azərbaycan Respublikası Audiovizual Şurası İctimai Televiziya və Radio Yayımları...
Televiziya kanallarında Azərbaycan dilində qarşılığı olan xarici sözlərin istifa...
Audiovizual Şura BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün seminar keçir...