Milli peyk operatoru
Milli peyk operatoru dövlətin mülkiyyətində olan geostasionar rabitə peykləri və yerüstü peyk idarəetmə infrastrukturu vasitəsilə audiovizual proqramların peyk üzərindən yayımını, retranslyasiyasını və siqnal ötürülməsini texniki cəhətdən həyata keçirən qurumdur.
Milli peyk operatoru audiovizual media sahəsində fəaliyyətini “Media haqqında” Azərbaycan Respublikasının Qanunu, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu, beynəlxalq öhdəliklərə uyğun olaraq həyata keçirir.
Milli peyk operatoru istifadəçilərə birbaşa ödənişli retranslyasiya xidməti göstərə bilməz. O, Audiovizual Şuradan müvafiq lisenziya almış yerli, habelə Audiovizual Şuranın razılığı ilə xarici televiziya və radio yayımçılarının proqramlarının DVB-S və DVB-S2 standartlarında peyk üzərindən yayımının təmin edilməsini həyata keçirir.
Azərbaycan Respublikasi Prezidentinin 2022-ci il 08 fevral tarixli 1589 nömrəli Fərmanının 2.7-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) (hazırda “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsinin tabeliyində) audiovizual yayım sahəsində milli peyk operatoru kimi fəaliyyət göstərir.