22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri Xiyaban ziyarət olunmuşdur
22.07.2026 16:53
Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının nümayəndələri 22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar Fəxri Xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad etmişlər. Ulu Öndərin abidəsi önünə əklil qoyulmuş və gül dəstələri düzülmüşdür. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə tər güllər düzülmüşdür.
Eyni zamanda, Azərbaycan milli mətbuatının banisi, “Əkinçi” qəzetinin naşiri və baş redaktoru, görkəmli ictimai xadim və maarifpərvər ziyalı Həsən bəy Zərdabinin məzarı ziyarət olunmuşdur. Onun ruhuna ehtiram əlaməti olaraq məzarının önünə əklil və tər güllər qoyulmuş, böyük mütəfəkkirin əziz xatirəsi yad edilmişdir.
Xəbərlər
Xəbərlər
07.08.2026 10:49
“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunla...
07.08.2026 10:47
“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunla...
22.07.2026 16:53
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri Xiyaban ziyarət olunmuşdur
16.07.2026 17:41