13 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilmişdir. İclasda "ARB" kanalının efirində "Reklam haqqında" Qanunun pozulması faktı müzakirə olunmuşdur.
08 fevral 2026-cı il tarixində kanalın efirində saat 13.38-də yayımlanan reklam materialında endirimin və ödəniş şərtlərinin reklamda aydın və düzgün şəkildə göstərilməməsi aşkarlanmışdır. Fakt ilə bağlı zəruri araşdırmalar aparılmış və "Reklam haqqında" Qanunun 7-ci maddəsinin tələblərinin pozulması təsbit olunmuşdur. Belə ki, həmin reklamda təqdim olunan məlumatlar "Reklam haqqında" Qanunun 7.1.4-cü maddəsinə əsasən əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri barədə məlumatları təhrif edilmiş, həqiqətə uyğun olmayan şəkildə əks etdirdiyinə görə qeyri-dəqiq reklam hesab olunur və həmin Qanunun 7.2-ci maddəsinə görə qeyri-dəqiq reklama yol verilmir.
Cari ilin əvvəlindən televiziya kanalının efirində belə pozuntuların bir neçə dəfə baş verməsini, kanala müvafiq bildirişlərin göndərilməsini nəzərə alaraq Audiovizual Şuranın üzvləri "ARB" kanalına qarşı sərt sanksiya tədbirinin tətbiq edilməsi və kanalın yayımının 16 fevral tarixində saat 08.00-dan başlayaraq 24 saat müddətinə müvəqqəti dayandırlması barədə qərar qəbul etmişlər.
Reklam qanunvericliyinin pozulmasına görə “ARB” kanalının yayımı 24 saatlıq dayandırılacaq
13.02.2026 20:18
Xəbərlər
Xəbərlər
22.07.2026 16:53
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri Xiyaban ziyarət olunmuşdur
16.07.2026 17:41
“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qur...
02.07.2026 10:51
Audiovizual media subyektləri üçün reklam qanunvericiliyinə dair maarifləndirici...
23.06.2026 17:33