Azərbaycan Respublikası Audiovizual Şurası İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq bu vəzifəyə seçilmək üçün namizədlərin sənəd qəbulunu elan edir
23.04.2026 22:09
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsini tutmaq istəyən namizədlər sənədlərini 27 aprel 2026-cı il saat 9.00-dan 8 may 2026-cı il saat 18.00-dək Azərbaycan Respublikası Audiovizual Şurasına (ünvan: Bakı şəhəri, A.M. Şərifzadə küçəsi 315) təqdim etməlidirlər.
Namizədə dair tələblər:
- Namizəd Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
- Namizəd ali təhsilli olmalıdır.
- Əvvəllər ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, həmçinin məhkumluğu ödənilməmiş şəxs namizəd ola bilməz.
- Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxs namizəd ola bilməz.
Təqdim olunmalı sənədlər:
- Ərizə
- Şəxsiyyət vəsiqəsinin surəti
- Əmək kitabçasının surəti
- Kadrların şəxsi uçot vərəqi (fotoşəkil ilə)
- Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq olunmuş surəti
Qeyd olunan sənədlər 2 nüsxədə təqdim olunmalıdır.
Sənədlərin qəbulu üzrə məsul şəxs:
- Kamran Əliyev (Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi)
Əlaqə vasitələri:
- E-poçt: kamran.aliyev@acra.gov.az
- Telefon: (012) 434-81-07
Qeyd olunamlıdır ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunu sənədlərini təqdim etmiş namizədlər arasından səsvermə yolu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası seçir.
Xəbərlər
Xəbərlər
23.04.2026 22:09
Azərbaycan Respublikası Audiovizual Şurası İctimai Televiziya və Radio Yayımları...
18.03.2026 14:26
Televiziya kanallarında Azərbaycan dilində qarşılığı olan xarici sözlərin istifa...
12.03.2026 15:54
Audiovizual Şura BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün seminar keçir...
25.02.2026 18:17