BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün növbəti seminar təşkil edilmişdir
Azərbaycan Respublikası Audiovizual Şurası Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri üçün növbəti seminar təşkil etmişdir.
BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova belə təlim-seminarların tələbələrin praktiki biliklərinin inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd etmişdir.
Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev Şuranın fəaliyyəti barədə geniş məlumat vermiş, media sahəsində baş verən yeniliklər, ənənəvi və yeni media, vətəndaş jurnalistikası haqqında çıxış etmişdir.
Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı "Azərbaycanda audiovizual media və onun tənzimlənməsi" mövzusunda təqdimat etmiş, tələbələrə audiovizual media subyektləri və onlarının fəaliyyəti, mediada yayımlanan informasiyaya qoyulan tələblər və sairə barədə ətraflı məlumat vermişdir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır. Sözügedən seminar Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi və Bakı Dövlət Universiteti (BDU) arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq təşkil edilir.
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri Xiyaban ziyarət olunmuşdur
“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qur...
Audiovizual media subyektləri üçün reklam qanunvericiliyinə dair maarifləndirici...